news Image
2013.04.15
15:38
| A A A
«Azərikimya» İstehsalat Birliyində əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı müşavirə keçirilib

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində müəssisə və idarə rəhbərlərinin və aparıcı mütəxəssislərinin iştirakı ilə geniş müşavirə keçirilib.


Mövqe.az-ın məlumatına görə, tədbirdə son illər Birliyin istehsalat sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə səmərəli tədbirlərin həyata keçirildiyi, yeniliklərin tətbiq edildiyi, kimyaçıların əmək qabiliyyətinin və sağlamlığının qorunmasına diqqət yetirildiyi, onların hər birinin fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təmin edildiyi, bu sahədə mühüm irəliləyişlərin olduğu qeyd edilib, görüləcək işlərin az olmadığı da diqqətə çatdırılıb. 

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsi tərəfindən bəzi nöqsanlar müşavirə iştirakçılarının nəzərinə çatdırılıb, onların foto və videosüjetlərlə təqdimatı bu sahədə işin daha yüksək səviyyədə qurulmasına ehtiyacın olduğunu təsdiq edib. Hər bir kimyaçının əməyinin mühafizəsinin, texniki təhlükəsizlik normalarına əməl edilməsinin, bunun üçün isə ilk növbədə iş sahələrinin, xidmət meydançalarının müvafiq standartlar səviyyəsində qurulmasının vacibliyi, bütün bu işlərin prioritet olaraq daim diqqətdə saxlanılması istehsalat rəhbərləri və bu sahəyə cavabdeh olan mütəxəssislər qarşısında zəruri tələblər kimi qarşıya qoyulub.