news Image
2013.04.16
15:24
| A A A
Nərə balıqlarının qanunsuz ovu davam edir
"Bakı-Quba-Xaçmaz yolunda qanunsuz ovlanmış nərə balıqları satılır. Qanunla nərə balığının ovlanması yasaq olsa da, bu ərazidə brokonyerlər nəsli kəsilmək təhlükəsində olan nərə cinsli balıqları ovlayaraq açıq-aşkar satışa çıxardırlar". Bu sözləri Movqe.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. E. Hüseynovun sözlərinə görə, artıq xeyli vaxtdır ki, brokonyerlər tərəfindən qanunsuz nərə balıqları ovlanaraq Bakı-Quba- Xaçmaz yolunda satılır. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumu tərəfindən bu qanun pozuntusunun qarşısı alınmır.
ETSN-nin mətbuat xidmətinin rəbəri İradə İbrahimova isə nazirliyin müvafiq qurumunun brokonyerlərə qarşı mübarizə apardığını söyləyir. İ. İbrahimovanın sözlərinə görə, belə faktlar daxil olan kimi aidiyyatı qurumun əməkdaşları tərəfindən lazımi tədbirlər görülür: "Bizim 168 qaynar xətimiz fəaliyyət göstərir. Vətəndaşlar, QHT-lər belə hallarla rastlaşdıqda dərhal həmin nömrə ilə əlaqə saxlayıb məlumat verə bilərlər. Bu faktla bağlı da araşdırma aparılacaq".