news Image
2012.04.30
21:44
| A A A
Sosial ipoteka üçün əlavə vəsait ayrılacaq
Bu məsələyə cari ilin mayında büdcənin dürüstləşdirilməsi zamanı baxılacaq

Sosial ipoteka üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bunu SalamNews-a Milli Məclisin deputatı Əli Məsimli bildirib. Onun sözlərinə görə, bu məsələyə cari ilin mayında büdcənin dürüstləşdirilməsi zamanı baxılacaq və sosial ipoteka üçün əlavə vəsait ayrılacaq. Amma bu vəsait nə qədər olacaq, bunu demək çətindir. 2012-ci il üçün ayrılan sosial ipoteka vəsaiti qurtardığından bu növ ipotekanın verilməsi dayandırılıb. Deputat söyləyib ki, istər sosial, istərsə də digər ipotekaların mexanizminin sadələşdirilməsinə və bu prosesin daha da təkmilləşdirilməsinə ciddi ehtiyac var. Belə ki, ipoteka aztəminatlı vətəndaşlar üçün də əlçatan olsun. Yəni bu gün orta statistik azərbaycanlının orta aylıq gəliri 350-400 manat təşkil edir və belə adamlar da ipotekadan istifadə edə bilmirlər. Nəticədə problem yaranır. O deyib ki, ipotekaya əlçatanlığı təmin etmək üçün ipoteka faizlərinin iki dəfə azaldılmasına, şərtlərinin yüngülləşdirilməsinə və mexanizmin sadələşdirilməsinə ciddi ehtiyac var. Hətta hökumət bir sıra digər ölkələrdə olduğu kimi, sosial ipotekanı vaxtında ödəyən şəxslərə güzəşt mexanizmini tətbiq etməli və onların borclarının bir qismini üzərinə götürməlidir. Büdcənin dürüstləşməsi zamanı həmçinin SSRİ dövründə banklarda batmış əmanətlərin qaytarılması ilə bağlı vəsaitin ayrılması məsələsinə baxılacaq və əlavə vəsait ayrılacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs