Əlaqə Arxiv
news Image
2013.04.17
13:21
| A A A
Skandinaviya Azərbaycan Gənclərinin Birliyi yaradılır

Aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagendə yaradılmış "Azərbaycan Evi"ndə "Vətən" Cəmiyyəti Gənclət Təşkilatı İdarə Heyətinin növbəti yığıncağı keçirilib.

Mövqe.az-ın Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, tədbirdə gənclər görüləcək işlər, gözlənilən tədbirlərin təşkili ilə bağlı müzakirələr aparıblar. Toplantıda çıxış edən "Vətən" cəmiyyətinin sədri Səfər Sadiqi "Skandinaviya Azərbaycan Gənclərinin Birliyini " yaratmağı təklif edib. Səfər Sadiqi qeyd edib ki, bu birliyin təsis olunması Skandinaya ölkələrində yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin daha da sıx olmasına zəmin yaradacaq. Cəmiyyət sədrinin təklifi məqsədəuyğun sayılıb və ideyanın həyata keçirilməsi üçün təşkilat komitəsi yaradılıb.

"Vətən" Cəmiyyəti Gənclət Təşkilatı İdarə Heyətinin yığıncağında yaxın aylarda Danimarka universitetlərinin birində "Azərbaycanın  bu günü və sabahı" mövzusunda seminarın keçirilməsi məsələsi də müzakirə olunub. 

Qeyd edək ki,  tədbirdə uzun müddətdir İsveçdə fəaliyyət göstərən "Xəzər" Cəmiyyətinin sədri leyla Kianide iştirak edib. Leyla Kiani Isveçdə fəaliyyət gösətərn "Gənclər təşkilatı" barədə məlumat verib, onların təcrübəsindən danışıb. Toplantıya Azərbaycan filminin nümayişi ilə yekun vurulub. 

 


Sizin Reklam Yeriniz