news Image
2013.04.17
15:47
| A A A
Çinlilər artıq quş əti yemir

Movqe.az xəbər verir ki, Çində illər sonra yenidən meydana çıxan quş qripi hadisələri, hər ötən gün artmağa davam edir. H7N9 virusuna yoluxan insanların sayı 77-ə  yüksəlib. Virusun bulaşdığı təsdiq edilmiş 7 yaşındakı bir qız Pekində müalicəsini tamamlayaraq xəstəxanadan çıxarılıb. Digər tərəfdən quş qripi ucbatından ölənlərin sayı isə 16-ya çatıb. Hökumət virusun yayılması mövzusunda xəbərdarlıqlar da edib. H7N9 virusunun insandan-insana keçməsilə bağlı hələlik məlumat yoxdur. 77 xəstədən yalnız 10 nəfərin qanadlı heyvanlarla təmasda olduğu məlumdur. Artıq Çin xalqı toyuq əti yeməyi böyük ölçüdə tərgidib. Buna görə də son iki həftədə Çindəki toyuq bazarında 1,6 milyard dollarlıq bir zərər meydana gəlib. Minlərlə quş tələf edilib, bir çox qanadlı canlı heyvan bazarı da bağlanılıb.