Əlaqə Arxiv
news Image
2013.04.17
16:51
| A A A
Şimali Kipr prezidenti: “Azərbaycan xalqının yanımızda olması bizə güc verir”

Şimali Kipr Türk Respublikasın prezidenti Dərviş Əroğlu Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik etdiyi azərbaycanlı jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edib. 


Publika.Az-a bu barədə  Şimali Kipr  Xarici İşlər Nazirliyinin informasiya departamentindən məlumat verilib. D.Əroğlu Azərbaycan xalqının Kipr türklərinin yanında olmasından güc aldıqlarını, ancaq əlaqələrin daha da inkişaf etdirilməsi, hökumətlər arasında əlaqələrin yaradılmasının vacib olduğunu ifadə edib. Şimali Kipr prezidenti Azərbaycanın yüksək inkişaf yolu keçdiyini, Bakının isə müasir bir şəhər olduğunu söyləyib.  D.Əroğlu bildirib ki, Kipr müzakirələrinin Azərbaycan xalqı tərəfindən izlənilməsi onlara güc verir: "Cənub Kipr Kipr türkünü dünyadan uzaqlaşdırılmış, qoparılmış bir birlik kimi görür. Halbuki biz bir dövlətik, xalqımızla, təşkilati quruluşumuzla dövlət olduğumuzu hər kəs görür".


"Mənim istəyim Azərbaycan ilə əlaqələrin yüksək səviyyəyə çıxmasıdır. Bunun da yolunu jurnalistlər açacaq", - deyən D. Əroğlu ölkəsinin tanınmamasının Azərbaycan kimi ölkələrlə dialoq qurmasına maneə olmadığını vurğulayıb. 


V.Səfərli Kiprin hər zaman Azarbaycanın gündəmində olduğunu ifadə edib və qeyd edib ki, məqsədləri iki tərəfin bir-birinə yaxınlaşması təmin etməkdir.

Azərbaycanlı nümayəndə heyəti baş nazir İrsen Küçük, həmçinin xarici işlər naziri Hüseyn Özgürgün tərəfindən də qəbul olunub. H.Özgürgün Azərbaycanla əlaqələrin hər keçən gün daha da inkişaf etdiyini və əhəmiyyətli bir səviyyəyə çatdığını ifadə edib.


Sizin Reklam Yeriniz