Əlaqə Arxiv
news Image
2013.04.17
17:32
| A A A
“Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda seminar keçiriləcək

Mövqe.az-ın məlumatına görə, 22 aprel 2013-cü il tarixdə "Springer" nəşriyyatı, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "Beynəlxalq elmi jurnalların tələbləri" mövzusunda seminar keçiriləcək. Elmi nəşrlərdə peşəkarlıq və beynəlxalq standartlara uyğunlaşma məsələləri – beynəlxalq elmi jurnallarda çap olunan məqalələrə qoyulan tələblər, jurnal seçimi, jurnallarla iş, rəy prosesi və digər məsələlər müzakirə olunacaq.

Tədbirdə iştirak etmək istəyənlər www.springer.com/baku ünvanında qeydiyyatdan keçməlidirlər.

Məruzəçi: Dr.Chris Bendall, Springer nəşriyyatı

Sinxron tərcümə: İngilis-Azərbaycan dilləri

Saat: 10:00 - 14:00

Yer: AMEA İnformasiya Texnologiyaları İnstitutu, Böyük konfrans zalı

Qeydiyyat üçün son tarix: 19 aprel 2013-cü il, saat 18:00

Ödəniş: tələb olunmur

Sertifikat: qeydiyyatdan keçən və seminarda tam iştirak edənlərə sonda sertifikat təqdim olunacaq.

Əlaqə: (+99412 510 06 98)

Sizin Reklam Yeriniz