Əlaqə Arxiv
news Image
2012.03.07
11:43
| A A A
QHT-lərin dövlət qeydiyyatı sadələşdirilməlidir
“İlk növbədə ictimai təşkilatların dövlət qeydiyyatına alınması müddətinə yenidən baxılmalıdır”

 "Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı məsələsi sadələşdirilməlidir". Bu açıqlamanı jurnalistlərə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev verib. A. Quliyev bildirib ki, bu gün QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericilikdə münbit şərait yaradılıb, dövlət qeydiyyatı ilə bağlı məsələdə isə müəyyən təkmilləşdirməyə ehtiyac var. 

O, bununla əlaqədar təkliflərini irəli sürdüyünü də söyləyib: "İlk növbədə ictimai təşkilatların dövlət qeydiyyatına alınması müddətinə yenidən baxılmalıdır. Çünki müddətlə bağlı QHT-lərin ciddi narazılıqları var. Eyni zamanda QHT-lərin qeydiyyatı prosesinin Bakıda həyata keçirilməsi də bir sıra problemlər yaradır. Belə ki, bu prosesin regional mərkəzlərdə həyata keçirilməsi də mümkündür. Çünki vətəndaşlarımız bölgələrdən bir neçə yüz kilometrlərlə paytaxta gəlir, lazımsız yerə vaxt və pul sərf edirlər. Yaxşı olar ki, qeydiyyat məsələsi regional şəkildə həyata keçirilsin və proses bir ay ərzində başa çatsın".  


Sizin Reklam Yeriniz