Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Ölkə tarixində görülməyən fəlakət baş verib
 
 
news Image
2012.05.01
10:37
| A A A
Ölkə tarixində görülməyən fəlakət baş verib

Mövqe.az BBC-yə istinadən bildirir ki, Hindistanın şimal-şərqindəki Assam əyalətində bir sərnişin gəmisinin fırtınalı havada batması nəticəsində ən az 103 insan həlak olub.

Ən az 300 adam daşıdığı söylənilən gəminin təxminən 100 nəfəri itkin düşüb.

Hindistanda gəmilərin köhnə və təhlükəsizlik standartlarının aşağı olması səbəbi ilə  bu cür qəzalar tez-tez baş verir. Ancaq bu qəzanın Hindistan tarixində ən böyük dəniz faciələrindən biri olduğu ifadə olunur.

Polis məmurlarının verdiyi məlumata görə, gəmi ikiyə bölünərək batıb.

Rahul Karmarar adlı bir şahid AFP agentliyinə (Agence France-Presse) sərnişinlərin çoxunu çayın axıntısı apardığını söyləyib.

Assam eyalatinin Baş naziri Tarun Gogoi, yardım qruplarının hadisə yerində olduğunu bildirib, ancaq qaranlıq və pis hava şəraitinin olması işləri çətinləşdirib.

Hindistan Baş naziri Manmohan Singh isə faciə ilə bağlı çox kədərləndiyini bildirib


Ziba Yusifova

Movqe.az


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs