Əlaqə Arxiv
news Image
2013.04.17
18:08
| A A A
Mətbuat nümayəndələrimiz Şimali Kiprdə görüşlər keçiriblər
Vüqar Səfərli: “Ümidvarıq ki, bu cür görüşlər əlaqələrimizi daha da gücləndirəcək”

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondu ardıcıl olaraq jurnalistlərin beynəlxalq təcrübəni öyrənməsi sahəsində layihə həyata keçirir. Layihə çərçivəsində növbəti səfər Şimali Kipr Türk Cümhuriyyətinə təşkil olunub. Nümayəndə heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televizya ve Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, millət vəkili, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Palitra" qəzetinin baş redaktoru  Namiq Əliyev, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Azadlıq" qəzetinin məsul katibi Elşən Şirinov, "Dialoq Avrasya" jurnalının Azərbaycan üzrə kordinatoru Mustafa Saatcı daxildir.


Nümayəndə heyətinin ilk görüşü Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri cənab İrsen Küçüklə olub. Görüşdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda mətbuatın inkişafına dövlətin dəstəyi məqsədilə yaradılıb. Azərbaycan media təmsilçilərinin beynəlxalq təcrübəni öyrənməsi də bu sahədə atılan addımlardan biridir. Baş nazir İrsen Küçük Azərbaycandan belə bir nümayəndə heyətinin gəlməsindən məmnunluğunu bildirib və bu cür görüşlərin, qarşılıqlı əlaqələrin daha da güclənməsinə xidmət etdiyini söyləyib. Növbəti görüş Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Derviş Eroğlu ilə olub. Derviş Eroğlu bildirib ki, qardaş xalqlar arasında səfərlərin çoxalması onların bir-birini tanımasına, təcrübələrini bölüşməsinə imkan yaradır. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycanla ŞKTC arasında turizm və təshil sahəsində əlaqələrin daha da gücləndiyini qeyd edib: "Ümidvarıq ki, bu cür görüşlər əlaqələrimizi daha da gücləndirəcək". Qeyd edək ki, səfər çərçivəsində ŞKTC-nin xarici işlər naziri cənab Hüseyn Özgürgün ilə də görüş keçirilib. Nümayəndə heyəti keçirdiyi bütün görüşlərdə qarşı tərəfə xatirə hədiyələri təqdim edib. Səfər davam edir.
















Sizin Reklam Yeriniz