Əlaqə Arxiv
news Image
2013.04.17
17:18
| A A A
Keyfiyyətsiz serial çəkən telekanallara pul ayrılmayacaq
Toğrul Məmmədov: "Serialların çəkilişi ilə bağlı bu dəfə keyfiyyət əsas götürüləcək" "Serialların çəkilişi ilə bağlı bu dəfə keyfiyyət əsas götürüləcək. Ola bilər ki, ötən dəfə büdcədən ayrılan vəsait hesabına serial çəkən telekanallara bu dəfə pul ayrılmasın".
Bu sözləri Movqe.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib. T. Məmmədovun sözlərinə görə,bu dəfə keyfiyyətçə aşağı serial çəkən telekanallar prodakşınlarla da əvəzlənə bilər: "Keyfiyyətcə aşağı serial çəkən telekanallara ola bilər ki, bu dəfə serial çəkilişi üçün pul ayrılmasın. Həmin pul daha keyfiyyətli serial çəkməyi bacaran prodakşınlara verilsin. Telekanallar bilməlidirlər ki, bu dəfə büdcədən serial çəkilişləri üçün pul ayrılarkən keyfiyyət məsələsi əsas götürüləcək".  
Sizin Reklam Yeriniz