Əlaqə Arxiv
news Image
2013.04.18
11:06
| A A A
Bu günə gözlənilən hava şəraiti

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 


Azərbaycanın rayonlarında aprelin 18-də arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-7, gündüz 9-14, bəzi yerlərdə 18 dərəcəyədək isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz