Əlaqə Arxiv
news Image
2013.04.18
13:58
| A A A
"Neftçi" futbol klubu Araz Abdullayevlə bağlı açıqlama verdi
"Neftçi"nin futbolçusunun maşınla vuduğu Gülsabah Nuriyeva sabah evə buraxılacaq

Martın 28-də "Nissan" markalı avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vuran "Neftçi" futbol klubunun yarımmüdafiəçisi Araz Abdullayev yaralı qadına hər bir köməyi edir. 


"Neftçi" futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin ANS PRESS-ə verdiyi məlumata görə, Araz Abdullayev xəstəyə bütün köməkliyin göstərildiyini bildirir. "O, şəhid ailəsidir, atası rəhmətə gedib və evin tək uşağıdır. Klub bu işdə vasitəçilik edir. Araz Abdullayev xəstənin bütün xərcləri ödəyir", - deyə Gündüz Abbaszadə bildirib. 


G.Abbaszadənin sözlərinə görə, futbolçunun vurduğu və rəhmətə gedən digər şəxs Zəminə Hüseynovanın yas mərasiminin bütün xərclərini klub öz üzərinə götürüb. 


Mətbuat xidmətinin rəhbərinin bildirdiyinə görə, rəhmətə getmiş şəxsin yaxınları və yaralı şəxs futbolçuya qarşı olan şikayət ərizəsi ilə müraciət etməyiblər. 

Sizin Reklam Yeriniz