Əlaqə Arxiv
news Image
2013.04.18
16:28
| A A A
IDC-nin “Təhlükəsizlik və verilənlərin saxlanılması” mövzusunda konfransı keçirilib

Aprelin 18-də Bakıda IDC analitik şirkətinin informasiya təhlükəsizliyi və verilənlərin saxlanılmasına həsr olunan beynəlxalq konfransı keçirilib. Mövqe.az-ın məlumatına görə, tədbir 2003-cü ildən etibarən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində keçirilən IDC IT Security and Datacenters Transformation Roadshow silsilə konfransları sırasına daxildir.

 

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi konfransın strateji tərəfdaşı qismində çıxış edib.

 

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, IDC şirkəti ilə tərəfdaşlıq dünya tendensiyalarından xəbərdar olmağa imkan verməklə yanaşı, həm də Azərbaycanda İKT sahəsində görülən işlər haqda qarşı tərəfə məlumatı təqdim etmək imkanı da yaradır. Nazir müavini Azərbaycan İKT sektorunda aparılan işlərdən danışaraq, Azərbaycanda həyata keçirilən layihələrdən söz açıb və konfransın mövzusu Azərbaycan üçün də aktual olduğunu bildirib. Belə ki, Azərbaycan iki beynəlxalq informasiya magistralının yaradılmasında iştirak edir. Onlardan biri TASİM (Trans Avrasiya Super informasiya Magistralı), digəri isə EPEG (Europe Persia Express Gateway) layihəsidir. Bu layihələrin hər ikisi beynəlxalq səviyyədə yüksəkhəcmli məlumatların ötürülməsini nəzərdə tutur və bu kontekstdə verilənlərin saxlanılması mərkəzlərinin yaradılması və məlumat təhlukəsizliyinin təmin edilməsi çox vacibdir.

 

Şirkət rəhbərlərinin, menecerlərin və ekspertlərin iştirak etdiyi tədbir müəssisələrin İT-təhlükəsizliyi, korporativ təhlükəsizlik siyasəti, verilənlərin emalı mərkəzlərinin inkişafına yeni yanaşmalar, infrastrukturun effektivliyinin yüksəldilməsi, bulud texnologiyaları və digər məsələlərə həsr olunub.

 

Konfransı iştirakçıları üçün informasiya təhlükəsizliyi bazarında tendensiyalar və əsas təhdidlər, bulud sistemlərinin və virtual aləmin mühafizəsinə dair həllər, verilənlərin saxlanılması mərkəzlərinin qəzalara davamlığı barədə məruzələr oxunub və təqdimatlar keçirilib.

Sizin Reklam Yeriniz