Əlaqə Arxiv
news Image
2013.04.18
18:29
| A A A
Kişi məhkumlara ətək cəzası
Movqe.az xəbər verir ki, İranda kürdlərin sıx olduğu Merivan şəhərində bir məhkəmə kişi məhkumlara Kürd qadınların qırmızı rəngli yerli paltarlarını geydirərək küçələrdə gəzmək cəzası verib. Kürd xəbər agentliyinin xəbərinə görə, Merivanda bir məhkəmə 1 ay arayla 3 ayrı təqsirkara, "Kürd qadınların qırmızı rəngli yerli paltarlarıyla küçələrdə gəzmək" cəzası verib. Məhkəmənin qərarı xüsusilə kürd feministlərin etirazına gətirib çıxarıb. Məhkəmə qərarı ilə Kürd qadınların yerli paltarlarının alçaldıldığını müdafiə edən feministlər ötən gün Merivanda nümayiş keçirib. Qırmızı rəngli yerli paltarlarıyla küçələrə axın edn qadınlar, bu cür cəzalarla əslində kürd xalqının alçaldıldığını ifadə edərək etiraz nümayişi təşkil edib.
Sizin Reklam Yeriniz