news Image
2013.04.18
17:39
| A A A
Xəstə, sürücünün həyatını xilas etdi
Movqe.az xəbər verir ki, Fransada təcili yardımla xəstəxanaya aparılan xəstə şofer infarkt keçirəndə sükanın arxasına özü keçib. "Voix du Nord" qəzeti, xərçəng xəstəsi 60 yaşlı Kristian Nayetin xəstəxanaya aparılarkən təcili yardım şoferinin infarkt keçirdiyini bildirib. Nayet, qəzetə verdiyi şərhdə, "Təcili yardım şoferinə maşının açarlarını verməsini istədim. Ona mənə güvənməsini, mənim həyatımın yox, onunkinin təhlükədə olduğunu, söylədim" deyib. Xəstə faraları yandıraraq şüşədən qolunu çıxardır və qarşısındakı avtomobillərin çəkilməsini təmin edir. Şoferinin həyatını xilas edən Nayetin, özünə bağlanan qan durulducu dərmanı da sürücüyə taxdığı deyilib.