Əlaqə Arxiv
news Image
2013.04.19
12:36
| A A A
Elnur Sultanov Braziliyanın Qadın Siyasəti üzrə naziri Eleonora Menikuki ilə görüş keçirib

Dünən Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanov Braziliyanın Qadın Siyasəti üzrə naziri xanım Eleonora Menikuki ilə görüş keçirib.

 

Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, səfir Elnur Sultanov ölkəmizdə ailə, qadın və uşaq siyasəti sahəsində görülmüş işlər, həyata keçirilən dövlət proqramları, mövcud olan qanunvericilik və beynəlxalq əməkdaşlığın əsas istiqamətləri barədə məlumat verib. O, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Braziliyanın Qadın Siyasəti üzrə Nazirliyi arasında əlaqələrin yaradılması, təcrübə mübadiləsi və bu sahədə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıb. 

 

Nazir Eleonora Menekuki rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və Braziliyada qadın siyasəti ilə bağlı atılan addımlar barədə məlumat verib və Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

 

Səfir Elnur Sultanov braziliyalı nazirə Azərbaycanın tarixində və müasir cəmiyyətində qadınların rolu barədə məlumat verib.

Sizin Reklam Yeriniz