Əlaqə Arxiv
news Image
2013.04.19
16:06
| A A A
Obama göz yaşlarını tuta bilmədi

Movqe.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, həyat yoldaşı Mişel Obama ilə həftənin əvvəlində Boston Marafonunda partlayan bombaların öldürdüyü üç qurban üçün təşkil edilən dini mərasimdə iştirak edib və təsirli nitq söyləyib. Vaxtaşırı danışmaqda çətinlik çəkən prezident Obamanın, susaraq gözyaşlarına nəzarət etməyə çalışdığı diqqətlərdən yayınmayıb. Bütün Amerika xalqının Bostonun yanında olduğunu söyləyən Obama, təcavüzkarlara da səslənərək, "əvvəl axır sizi tapacağıq və bəli, sizi ədalətlə təslim edəcəyik" deyə bildirib. Obama cütlüyü mərasimin ardınca bir xəstəxanaya gedərək partlayışlarda yaralananları ziyarət edib. Istintaqı aparan FBI isə Bostondakı partlayışdan sonra şübhəli bir şəxsin həbs olunduğu barədəki əsassız iddialar səbəbiylə mediaya qəzəblənmişdi. Milli Təhlükəsizlik naziri Janet Napolitano isə FBI-ın iki nəfəri araşdırmaq üçün axtardığını lakin bu kəslərin "şübhəli" olaraq görülməyəcəyini söyləyib.



Sizin Reklam Yeriniz