Əlaqə Arxiv
news Image
2013.04.19
17:02
| A A A
Dərslik müəllliflərindən TQDK-ya qarşı sərt ittiham
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi monitorinqin nəticəsində istifadəsi məqsədəuyğun hesab edilməyən 4 orta məktəb dərsliyinin müəllifləri TQDK-nın ekspertlərini savadsızlıqda ittiham ediblər. Movqe.az-a danışan dərslik müəllifləri bildiriblər ki, dərsliklərlə bağlı keçirilən seminarlarda TQDK-nın ekspertləri iradlarının əsassız olduğu ilə razılaşıblar.
II sinif "Azərbaycan-dili" dərsliyinin müəllifi Rafiq İsmayılov iddia edir ki, dərsliklər barədə iradlar rəy yazmaq xatirinə yazılır: "Hələ seminarlarda da TQDK-nın ekspertləri bu dərsliklə bağlı öz tənqidi iradlarını səsləndirmişdilər. O zaman mən onlara hansı iradın səhv, hansının düz olduğunu başa saldım. Elə onlar özləri də səhvlərini qəbul edib mənimlə razılaşdılar. Belə olan halda təzədən həmin iradı rəy kimi yazıb göndərmək kimə lazımdır başa düşə bilmirəm. Belə çıxır ki, bu dərsliklərin monitorinqi təhsil məsələsindən siyasi məcraya yönəlib. Belə çıxır ki, söhbət dərsliklərin monitorinqindən yox, iki qurum arasında səlahiyyətlərin biri-birinin əlindən alınmasından gedir.  Bu davanın qurbanları isə dərslik müəllifləri və dərsliklər olur. Mən çox təəssüf edirəm ki, TQDK-nın dərsliklərin monitorinqini aparan ekspertlərinin çoxu kirrikulumun məzmun standartlarını bilməyən qeyri-peşəkar müəllimlərdir. Biz o rəylərə münasibətimizi bildirəcəyik".
 lər üzrə "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi" və "İngilis dili" dərsliklərinin müəllifləri
II sinif "Riyaziyyat" dərsliyinin müəllifi Nayma Qəhrəmanova da hesab edir ki, TQDK-nın ekspertlərinin  rəyləri əsassızdır: "İradlar subyektivdir. Ola bilər ki, onlar bu məsələyə belə yanaşırlar, mən isə müəllif kimi başqa cür. Yəni hər iki yanaşma da mümkündür. Bunu səhf tutmaq gülüncdür".
II sinif "Həyat Bilgisi" dərsliyinin müəllifi Gülər Mehdiyeva isə deyir ki, hələki rəylərlə tanış olmasa da, seminarlarda bu dərsliklə bağlı iradlara cavab verib: "Mən iradlara cavab verib fikrimi əsaslandırmışam. Seminarda iştirak edən ekspertlər də bununla razılaşıblar. İndi təzədən nəsə yazıb göndəriblərsə, yazılı cavab verməyə hazıram".
 Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı rəylərə baxdıqdan sonra cavab verəcəyini söylədi.
Dərslik müəlliflərinin səsləndirdi fikrə isə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cavab olaraq bildirdi ki,  II sinifləri üzrə dərsliklərin elmi metodiki monitorinqi başa çatıb və nəticələr Təhsil Nazirliyinə təqdim olunub. Nazirlik cavab rəyi hazırladıqdan sonra  bu barədə ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, rəyə əsasən, istifadəsinə icazə verilən dərsliklərin rəydə göstərilən irad və təkliflər nəzərə alınmaqla yeni standartlara uyğun hazırlanması tövsiyə edilib: "II sinif üzrə bütün dərsliklər 2008-ci ilin standartlarına uyğun olaraq hazırlanıb. Lakin bəzi fənlər üzrə 2012-ci ildə yeni standartlar qəbul edilib. Həmin dərsliklərin bu standartlara uyğunlaşdırılması tövsiyə olunub".
 

Sizin Reklam Yeriniz