news Image
2013.04.20
10:08
| A A A
Azərbaycan Ordusunun mövqeləri bütün cəbhə boyu atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Tərtər rayonunun işğal olunmuş Yarımca, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.