Əlaqə Arxiv
news Image
2013.04.21
11:55
| A A A
Hava yağmurlu olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənillir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 12-17, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Sizin Reklam Yeriniz