Əlaqə Arxiv
news Image
2013.04.22
11:37
| A A A
www.icazeler.gov.az portalından istifadə edənlərin sayı 117 mini ötüb

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını mart ayında 11000-ə yaxın internet istifadəçisi ziyarət edib. Mövqe.az-ın  İqtisadi İnkişaf Nazirliyindən aldığı məlumata görə, internet istifadəçilərinin 130-dan çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Tailand, Böyük Britaniya, İran, Lüksemburq, İsveç, Ukrayna, Çexiya, Rumıniya, Sloveniya, Mərakeş, Polşa, Gürcüstan, Qətər, İsveçrə, Çin və Finlandiyadan olub. Ay ərzində ölkə xaricindən daxil olmuş müraciətlər arasında Asiya ölkələri üstünlük təşkil edib. Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 117 mindən çox internet istifadəçisi yararlanıb.


Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Ümumilikdə isə, 111 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilib.

Sizin Reklam Yeriniz