news Image
2013.04.22
11:18
| A A A
Misir Mərdanov: "Yeni vəzifə təklifi almışam"
Sabiq Nazir: "Yaxın günlərdə yeni işimə başlayacağam"

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a eksklüziv müsahibə verib. Sabiq nazir sayta müsahibəsində vəzifəsindən getmə səbəbləri və gələcək fəaliyyətinə dair suallarımızı cavablandırıb.


- Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?

- Naziri vəzifəyə təyin edən də, vəzifədən azad edən cənab prezidentdir.  Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz.

- Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedirsiz?

- Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcəksiniz. 

- Yeni təhsil nazirini tanıyırsınızmı?

- Bəli tanıyıram. Cavan oğlandır. Bizim Universiteti bitirib.

- Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təshildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumiyyətlə, təhsildə islahatlar mümkündürmü?


- Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm