Əlaqə Arxiv
news Image
2013.04.22
13:09
| A A A
İlham Əliyev mədəniyyət-istirahət parkının açılışında iştirak edib

Prezident İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.


Mövqe.az-ın məlumatına görə, dövlət başçısı parkın ərazisində inşa edilmiş Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış olub.


Məlumat verildi ki, parkda əsaslı təmir işləri dövlətimizin başçısının 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib. Park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilmişdi. Təmir işləri zamanı qanunsuz tikililər sökülüb. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, 40-a yaxın oturacaq qoyulub, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılıb. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənib.


Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşüb.


Sakinlər adından çıxış edən Yaqub Vəliyev dövlətimizin başçısına minnətdarlığını çatdırıb.


Sonda xatirə şəkli çəkdirilib.

Sizin Reklam Yeriniz