Əlaqə Arxiv
news Image
2013.04.22
17:58
| A A A
Paraqvayda qələbə Kartesin oldu

Movqe.az xəbər verir ki, Paraqvayda biznesmen Horakio Kartes dövlət başçısı seçilib. Seçki Komissiyası, təxminən 3.5 milyon seçici olan Paraqvayda, seçkilərdə iştirak nisbətinin 68 faiz olduğunu, Kartesin isə səslərin 46 faizini alaraq dövlət başçısı seçildiyini açıqlayıb. Radikal Liberal Partiyanın namizədi Efrain Aleqrenin səs nisbət isə 37 faiz qalıb. Kartesin seçilməsiylə birlikdə mühafizəkar Kolorado Partiyası da iqtidara dönmüş oldu. 61 il iqtidarda qalan Kolorado Partiyası, 2008-ci ildəki seçimi Katolik Yepiskop Fernando Lugonun qazanmasıyla iqtidar kürsüsünü itirmişdi.


Sizin Reklam Yeriniz