Əlaqə Arxiv
news Image
2013.04.23
11:32
| A A A
ABŞ Dövlət Departamentinin proqram rəhbəri Bakıya gəlir

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Qlobal Sahibkarlıq Proqramının rəhbəri, Baş Məsləhətçisi Shelly Porges Cənubi Qafqaz Forumunda iştirak edəcək. 


Mövqe.az-ın Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, bu məqsədlə Shelly Porges mayın 6-8-də Bakıda səfərdə olacaq.Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi tədbir dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, nüfuzlu elm, mədəniyyət xadimlərini, 50-dən çox sabiq və hazırkı dövlət, hökumət başçısını bir araya toplayacaq.Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.



Sizin Reklam Yeriniz