Əlaqə Arxiv
news Image
2013.04.23
11:46
| A A A
Qubada 30-dək evi su basıb


Ötən gün Quba rayonuna yağan güclü yağış ciddi problemlər yaradıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Alekseyevka kəndində 30-a yaxın evi su basıb.


Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun sözlərinə görə, evlərə dolmuş suyun çəkilməsi üçün texnika cəlb olunub.


Həyətyanı sahələr artıq çirkab sulardan təmizlənib.


Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir.

Sizin Reklam Yeriniz