news Image
2013.04.23
15:38
| A A A
3 milyon avroya Avropa Birliyi vətəndaşlığı

Movqe.az xəbər verir ki, Cənubi Kiprin, ən az 3 milyon avro sərmayə yatıran hər rus işadamına AB vətəndaşlığı verəcəyini bildirməsi bir sıra müzakirələri də özü ilə gətirib. Bir çox xarici iş adamı, AB pasportu ilə daha rahat səyahət edə bilmək istəyir. Bu sayədə viza dərdi də ortadan qalxmış olur. AB pasportu ilə Avropada ticarət etmək də asanlaşır. Bir müddət çətinlikdə olan AB üzvü Cənubi Kiprin pasportuna sahib ola bilmək üçün bu ölkəyə ən azı 3 milyon avro investisiya etmək kifayətdir. Bu şərhi edən Kipr Rum bölgəsinin lideri Nikos Anastasiadis, Limasolda keçirilən illik iqtisadiyyat görüşü konfransında Rus iş adamlarını sakitləşdirməyə çalışıb və AB-in yardım paketi səbəbiylə meydana gələcək zərərin fərqində olduğunu söyləyib. Əvvəllər də varlıların Rum vətəndaşı olması mümkün idi. Lakin bunun üçün ölkəyə beş il müddətində ən az 15 milyon avro investisiya ayırmaq lazım idi. Böhranla birlikdə qaynağa ehtiyac duyan Rum rəhbərliyi, bu miqdarı 3 milyon Avroya endirib.