Əlaqə Arxiv
news Image
2013.04.23
17:25
| A A A
Peyvəndlərlə bağlı xəbər valideynlərə SMS-lə bildirilir
"Valideynlərə uşaqlarının növbəti profilkatik peyvəndlərinin adı və vaxtı barədə məlumatları mobil telefon vasitəsilə öyrənmək üçün imkan yaradılıb". Movqe.az-ın xəbərinə görə, bu məlumatı bu gün Elmi-Tədqiqat Pediatriya İnstitutunda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva verib. A. Əliyeva bildirib ki, artıq valideynlər  mobil telefon vasitəsilə 9103 nömrəsinə PEYVEND sözünü və uşağın 12 rəqəmli Unikal kodunu qısa mesajla göndərməklə peyvəndin adını və tarixini SMS-lə əldə edə bilirlər: "Qısa müddət ərzində sistem növbəti peyvənd barədə məlumatları abonentə göndərir. Əgər immunoprofilaktika təqviminə görə peyvənd nəzərdə tutulmayıbsa müvafiq məlumat verilir. Xidmətdən ölkədəki bütün mobil operator istifadəçiləri yararlana bilərlər".

Sizin Reklam Yeriniz