Əlaqə Arxiv
news Image
2013.04.23
17:51
| A A A
Kaunasda Heydər Əliyevin 90 illik yubileyi qeyd olunacaq

Aprelin 24-də Litvanın Kaunas şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə münasibətilə "Heydər Əliyev gecəsi" təşkil olunacaq. Dünya Azərbaycanlı Gənclər Birliyinindən verilən məlumata görə, Litva-Azərbaycan əlaqələri çərçivəsində həyata keçiriləcək tədbirdə Azərbaycan diaspor nümayəndələrinin və gənc fəalların çıxışı nəzərdə tutulub. 


Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş fotosərgi və qısametrajlı sənədli film nümayiş olunacaq.Tədbirin moderatoru Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü Fərhad Vəliyevdir. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə Litvanın ictimai xadimlərinin, Litva, Latviya, Estoniyada təhsil alan azərbaycanlı və xarici tələbələrin iştirakı gözlənilir. 

Sizin Reklam Yeriniz