news Image
2013.04.23
16:38
| A A A
Bil Qeyt Prezidentlə bir əli cibində salamlaşdı

Movqe.az xəbər verir ki, "Microsoft"un qurucusu Bil Qeytsin Cənubi Koreya liderilə bir əli cibində görüşməsi diqqət çəkib. "Microsoft"un qurucusu Bil Qeyts texnologiyanın köməyiylə iqtisadiyyatın inkişafına dair tövsiyələr verməsi üçün dəvət edildiyi Cənubi Koreyada bu dəfə dünyanın ən zəngin ikinci şəxsi olmasıyla deyil , davranışıyla gündəmə gəlib. Dövlət Başçısı Park Geun-Hyela ilə əl sıxışarkən digər əlini cibindən çıxarmamış olması, yerli qəzetlərdə  səs-küy yaradıb.  JoongAng Ilbo qəzeti "Mədəni fərqlilik, yoxsa hörmətsizlik?" manşeti atıb, bəzi qəzetlər də Qeytsi "rahat" davranan olaraq xarakterizə edib. Qucaqlaşma ictimai mediada da tənqid mövzusu olub: "Hər şeyin bir üsulu var. Bir dövlət böyüyünün qarşısına necə əli cibində çıxar? " Xatırladaq ki, Qeyts, Cənubi Koreyanın əvvəlki lideri Li Myung-Bakla tanış olanda da belə "rahat" davranmışdı.