news Image
2013.04.24
17:22
| A A A
Moskvada 800 kazino bağlandı

Rusiyanın paytaxtı Moskva 2012-ci ildə qumar oynanılan kazinolardan təmizlənib. Movqe.Az-ın məlumatına görə, Moskva Bələdiyyəsi Regional Təhlükəsizlik Şöbəsinin başçısı Aleksey Mayorov mətbuata etdiyi şərhdə, 2012-ci ildə 800-dən çox qazinonun qanuni olmayan fəaliyyətləri və qumar oynatdıqları səbəbi ilə bağladıqlarını açıqlayıb. Mayorov, "Vergi məmurları, bələdiyyə və Daxili İşlər Nazirliyinin işçiləri birlikdə əməliyyatlar təşkil ediblər. 800-dən çox kazinonun fəaliyyətləri qanuni olaraq təhlükəli olduğu üçün bağlanılıb." sözlərini deyib. Qanuni olmayan fəaliyyətlə məşğul olan və qumar oynanılan kazinolara istiqamətli yoxlamaların davam edəcəyini bildirən Mayorov, "2013-cü ilin ilk rübündə də 190 əlavə əyləncə mərkəzinə basqın təşkil edildi. Oyun maşınlarına əl qoyuldu və qanuni əməliyyat başladıldı" məlumatını verib.