Əlaqə Arxiv
news Image
2013.04.25
11:07
| A A A
Türkiyə XİN Barak Obamanın müraciətini pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ prezidenti Barak Obamanın uydurma “erməni soyqırımı”nın növbəti saxta ildönümü ilə bağlı ənənəvi müraciətini pisləyib. Mövqe.az-ın xəbərinə görə, Türkiyə XİN-in bəyanatında B. Obamanın yenə də ermənilərin mövqeyini əks etdirən birtərəfli yanaşma nümayiş etdirməsi təəssüflə vurğulanıb: "Tarixi gerçəkləri təhrif edən bu açıqlamanı hər baxımdan problemli sayır və qəzəblə qınayırıq. Mübahisəli tarixi olayları birtərəfli şərh edən bu cür açıqlamalar həm ABŞ-Türkiyə əlaqələrinə zərər verir, həm də türklərlə ermənilərin ədalətli tarixi yaddaşa malik olmalarını çətinləşdirir. Amerika kimi önəmli müttəfiqimizdən problemi daha da dərinləşdirməsini deyil, problemin həllinə konstruktiv yanaşma nümayiş etdirməsini, məsələnin tərəfsiz və elmi şəkildə araşdırılmasından qaçan erməni tərəfini gerçəkçi və konstruktiv olmağa cəsarətləndirməsini gözləyirik".

Xatırladaq ki, B. Obama 1915-ci il hadisələri ilə bağlı ənənəvi 24 apreli müraciətində soyqırım sözünü işlətməsə də, ermənicə "mets yegern" (böyük fəlakət) kəlməsindən istifadə edib və Osmanlı İmperiyasında 1,5 milyon erməninin fəlakətə sürükləndiyini və kütləvi qətllərə məruz qaldığını bildirib.

Sizin Reklam Yeriniz