Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər pul ayrılıb?
Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.
APA-nın
məlumatına görə, Müdafiə Nazirliyinin rəsmi internet saytında yer
alan məlumata görə, 1 may tarixinə Fondun manat hesabına 25 370 822
AZN, dollar hesabına 193 791 ABŞ dolları, avro hesabına isə 593
avro vəsait daxil olub.Qeyd edək ki, Silahlı Qüvvələrə
Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli
sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım
Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi
şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə
qadağan olunmamış digər daxilolmalar hesabına
formalaşır.