Əlaqə Arxiv
news Image
2013.04.25
13:17
| A A A
Azərbaycan və Belarus İKT sahəsində sənədlər imzalayıblar

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycanın dövlət, özəl və qeyri-hökumət qurumlarının 60-a yaxın nümayəndəsi Belarus Respublikasının Minsk şəhərində TİBO-2013 telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XX Beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edirlər.

 

Mövqe.az-ın məlumatına görə, açılış mərasimində Belarus Respublikasının baş nazirinin müavini Anatoliy Kalinin, informasiyalaşdırma və rabitə naziri Nikolay Panteley, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, eləcə də digər rəsmi şəxslər çıxış ediblər.


TİBO-2013 təşkilatçıları tərəfindən təltif olunmuş xatirə medalı Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova təqdim olunub. Çıxışlardan sonra ali qonaqlar VİP-tur çərçivəsində Azərbaycanın stendinə baş çəkib və ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olublar.


Səfər çərçivəsində Belarusun baş naziri Mixail Myasnikoviç nazir Əli Abbasovu qəbul edib. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaya əsasən ikinci Belarus-Azərbaycan İKT Forumu keçirilib.


Forumda iki ölkə arasında İKT sahəsində qarşılıqlı əməkdaşlığa dair sənədlər imzalanıb, eyni zamanda gələcək perspektivlər müzakirə olunub.

Sizin Reklam Yeriniz