Əlaqə Arxiv
news Image
2013.04.25
18:27
| A A A
Abşeron sakinləri şəxsiyyət vəsiqələrini mayın 15-dən "ASAN"-dan alacaqlar
"ASAN xidmət" may ayının 15-dən etibarən Abşeron rayon sakinlərinə xidmət göstərəcək. Bu məlumatı Mövqe.az-a Abşeron rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət bölməsindən verilib. Bölmədən bildiriblər ki, artıq gələn ayın 15-dən Abşeron rayon sakinləri üç gün ərzində  şəxsiyyət vəsiqələrini "ASAN xidmət"in Sumqayıt regional mərkəzindən ala biləcəklər.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azad Cəfərlinin Mövqe.az-a xəbəri təsdiqləyərək bildirib ki, artıq gələn aydan etibarən Sumqayıtda "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq. A. Cəfərli bu mərkəzin Sumqyıt və Sumqayıt ətrafına xidmət göstərəcəyini söylədi. Qeyd edək ki, hazırda "ASAN xidmət" mərkəzi Bakının Nərimanov, Nəsimi və Binəqədi rayonlarında fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz