Əlaqə Arxiv
news Image
2012.05.01
22:48
| A A A
VAZ avtomobilləri dövlət zəmanəti ilə nə vaxta qədər idxal olunacaq?
Aydın Əliyev:

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) mayın 1-dən "VAZ 2107", "VAZ 2114" və "VAZ 2115" markalı avtomobillərin ölkəyə gətirilməsinə qadağanın tətbiqi ilə əlaqədar nəzarətin həyata keçirilməsinə başlayıb. Çünki bu avtomobillər ABS antibloklama sisteminə və təhlükəsizlik yastığına malik deyil. Bu barədə jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib. "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlığının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu il may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır.

O deyib: "Oktyabrın 1-dək VAZ 2114" və "VAZ 2115" markalı avtomobillərin Azərbaycana idxalı yalnız dövlət zəmanəti ilə bağlı sazişlər əsasında həyata keçirilə bilər".

Bundan əvvələr, Azərbaycana EVRO-2 standartlarına cavab verməyən avtomobillərin idxalına icazə verilməyəcək.

Aydın Əliyev deyib ki, Azərbaycanda ABS standartına cavab verməyən avtomobillərin ölkəyə idxalına qadağa qoyulması gömrüyün ümumi idxalına təsiri olmayacaq. Onun sözlərinə görə, bununla bağlı xüsusi hesablama aparılmayıb. Dünyada olduğu kimi, Azərbaycanda da azad bazar yaradılıb və ölkə vətəndaşları istənilən ölkənin istehsalı olan və müasir standartlara cavab verən avtomobillərini alacaqlar. Hesab etmirəm ki, DGK-nin büdcə proqnozlarının yerinə yetirilməsində hansısa problem yaransın. O vurğulayıb ki, avtomobillərin idxalı ilə bağlı digər məhdudiyyətlər nəzərdə tutulmayıb. Xatırladaq ki, Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlığının və hissələrinin sertifikatlaşdırma qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu il mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) "ABS" əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilmir.


MOVQE.AZ

Sizin Reklam Yeriniz