Əlaqə Arxiv
news Image
2013.04.26
11:17
| A A A
A.A.Əlizadənin AMEA-nın prezidenti təyin edilməsi haqqında Prezidentin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"nin 4-cü bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilsin.


İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 aprel 2013-cü il.

Sizin Reklam Yeriniz