Əlaqə Arxiv
news Image
2013.04.26
14:30
| A A A
Gülər Əhmədovanın oğlundan xəbər var
DSX-nin Hərbi Hospitalı: "Hələki stasionar şəraitdə müalicəsinin davam etdirir" "Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun səhhəti normaldır. Hələki Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında stasionar şəraitdə müalicəsi davam etdirilir".
Bu barədə məlumatı Movqe.az-a Hospitaldan veriblər. Hospitaldan bildirblər ki, T. Əhmədov hələki hərbi hissəyə yazılmayıb: "Hələki T.Əhmədovun müalicəsi davam edir. Özünü yaxşı hiss edir. Hərbi hissəyə yaxın günlərdə göndərilməsi nəzərdə tutulmur".Xatırladaq ki, sabiq millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov DSX-nin Yevlaxdakı N saylı hərbi hissəsində təlim zamanı qolu sındığından Bakıya Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.
Sizin Reklam Yeriniz