Serbiya Prezidenti üzr istədi
Prezidenti Nikoliç:"Diz çökərək əfv diləyirəm."
Movqe.az xəbər verir ki, Serbiyanın
milliyyətçi Prezidenti
Nikoliç 1995-ci ildə
Srebrenikada 8 min müsəlman
kişinin qətl edilməsiylə əlaqədar
olaraq ilk dəfə üzr istəyib:
"Diz çökərək əfv diləyirəm."
Serbiya prezidenti Tomislav
Nikoliç 1995-ci ildə 8 min
müsəlmanın öldüyü Srebrenika
Soyqırımı səbəbiylə ilk dəfə
üzr istəyib. Lakin
milliyyətçi lider, qırğını
"soyqırım" olaraq xarakterizə
etməkdən boyon qaçıraraq "Köhnə
Yuqoslaviyadakı bütün hadisələr
soyqırım izi daşıyır.
Soyqırım sözü sübut
olunmalıdır "deyə bildirib.
Srebrenika Anaları
Dərnəyinin başçısı Münire
Subaşiç isə "səmimiyyətinə əmin deyiləm. Diz
çökərək əfv diləyən
deyil, "soyqırım" deyən bir
Serb Prezidenti lazımdır.
Beynəlxalq qərarlar ancaq
belə tanınır "deyib.
Nikoliçin keçən may ayında
kresloya oturduqdan sonra
"Srebrenikada soyqırım
olmadı" deməsi, beynəlxalq
sahədə böyük səs-küy yaratmışdı.