Əlaqə Arxiv
news Image
2013.04.27
13:01
| A A A
Mikayıl Cabbarov Türkiyənin Qazi Universitetinin rektoru ilə görüşüb
Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, görüşdə nazir Mikayıl Cabbarov Azərbaycanla Türkiyənin qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Türkiyə ilə ali təhsil sahəsindəki münasibətlərin inkişafının əhəmiyyətinə toxunan nazir bütün bunların Azərbaycan ali təhsil sisteminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.



Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbər səfər proqramı çərçivəsində bir sıra ali təhsil müəssisələrində görüşlərin keçirildiyini, mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq sənədlərin imzalandığını söyləyib. Hazırda 80 min tələbənin təhsil aldığı ali məktəbdə 1500 əcnəbinin oxuduğunu bildirən rektor Qazi Universitetində daha çox azərbaycanlı gəncin müxtəlif ixtisaslar üzrə təhsil almasında maraqlı olduqlarını vurğulayıb. S.Böyükbərbər Qazi Universitetində ikili diplomların verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söhbət açıb, bu baxımdan əldə olunmuş təcrübənin Azərbaycanla bölüşməyin mümkünlüyünü qeyd edib.
Sizin Reklam Yeriniz