news Image
2013.04.27
16:10
| A A A
Dörd uşaq atasını özünü meyxanayaçıya görə yandırdı
Bakı şəhərinin Sabunçu rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.  Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbə sakini Mehdi Nəsirov üstünə yandırıcı neft məhsulu tökərək özünə od vurub. Xəstəxanaya yerləşdirilən M.Nəsirov orada ölüb.
Hadisənin səbəbləri məlum deyil. Faktla əlaqədar araşdırmalar aparılır.
***
Bakıda üzərinə benzin tökərək od vurmuş şəxsin ölümündə meyxana izi ortaya çıxıb. Sabunçu Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Maştağa qəsəbəsində özünü dəhşətli şəkildə öldürmüş 32 yaşlı Mehdi Nəsirov hadisədən əvvəl Azərbaycanın faciəvi şəkildə həyatdan getmiş məşhur meyxana ustasının videosuna baxıb. Dörd uşaq atası olan Mehdi hadisədən əvvəl Bakıda özünü yandıraraq öldürən Məşədi Babanın meyxanalarına baxıb. Sonra isə "öləndə də Məşədi Baba kimi ölmək lazımdır" deyərək özünə od vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
M.Nəsirov cəmi 3-4 ay əvvəl azadlığa buraxılıbmış. Qonşusunu bıçaqladığına görə məhkumluq həyatı yaşayan Mehdi sərxoşluq etməklə gününü keçirirmiş.

şərh yaz