Əlaqə Arxiv
news Image
2013.04.29
12:57
| A A A
Rusiyanın aparıcı azərbaycanlı jurnalisti treninq keçir (FOTO)
İTAR-TASS-ın jurnalisti Səadət Kadırova qazandığı təcrübəni həmkarları ilə bölüşəcək Rusiya Federasiyasının İnformasiya Teleqraf Agentliyinin (İTAR-TASS) aparıcı jurnalisti Səadət Kadırova Azərbaycandakı həmkarlarına "Ölkənin imici və onun formalaşmasında diasporun rolu" mövzusunda treninq keçəcək. Movqe.az-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında baş verən hadisələri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan Səadət Kadırova, eyni zamanda Moskva Dövlət Universitetinin müəllimi, RF Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür.

Moskvada yaşayan bir azərbaycanlı kimi Səadət Kadırovanın yazılarında diaspor məsələləri də hər zaman prioritet mövzulardan olub. Rusiyadakı Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, bu istiqamətdə uğurlu işin qurulması, qarşıya çıxan problemlər və onların həlli yolları, eləcə də xaricdə ölkənin imicinin formalaşması, bu işdə diasporun rolu kimi məsələlərə Səadət Kadırova xüsusi diqqət ayırıb.

O, jurnalistika sahəsində qazandığı təcrübəni Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bir qrup jurnalisti ilə bölüşəcək. Bu məqsədlə Azərbaycan Mətbuat Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə aprelin 29-da bir günlük seminar-treninq təşkil olunacaq. Sonda seminar iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediləcək.
Sizin Reklam Yeriniz