Əlaqə Arxiv
news Image
2013.04.29
14:02
| A A A
Yay havası olacaq
Yaxın iki gün ərzində ölkə ərazisində havanın temperatur rejimində yüksəlmə müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 18-23, bəzi yerlərdə 25-27 dərəcə isti olacaq. Mayın 1-də hava dəyişkən buludlu,  əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 27 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman qeydə alınacaq. Havanın temperaturu Aran rayonlarında 8-13 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Mayın 1-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə  9-14, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti təşkil edəcək. Aprelin 30-dan mayın 3-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişlidir.
Sizin Reklam Yeriniz