Əlaqə Arxiv
news Image
2013.04.29
15:15
| A A A
Seçki prosesində İKT-nin tətbiqi genişləndiriləcək
Seçki prosesində İKT-nin tətbiqinin genişləndirilməsi ilə bağlı işlər görüləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Movqe.az-a verdiyi xəbərə görə, bu 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulub: " Tədbirlər Planının İKT potensialının gücləndirilməsi barədə bəndində göstərilib ki, Seçki prosesində İKT-nin tətbiqinin genişləndirilməsi il ərzində Mərkəzi Seçki Komissiyası, Xüsusi Dövlət Mühafizə Xidməti və  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən  təmin edilməlidir".
Sizin Reklam Yeriniz