Əlaqə Arxiv
news Image
2013.04.29
18:32
| A A A
“Azərsun Holdinq”-in dəstəyi ilə Zərifə Əliyevanın 90 illiyi ilə bağlı tədbir keçirildi

Azərbaycanın əməkdar elm xadimi, görkəmli oftolmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibətilə "Azərsun Holdinq" tərəfindən anım tədbirləri keçirilir. Tədbirlər çərçivəsində, Azərbaycan Dövlət Uşaq Filormoniyasında konsert proqramı təşkil olunmuşdur. Proqramda Daun sindromlu və əqli qüsurlu uşaqlar iştirak etdilər. Dövlət Uşaq Filormoniyasının kollektivinin nümayiş etdirdiyi musiqi səhnələri uşaqlara bayram əhval ruhiyyəsi yaşatdı. Görkəmli elm xadim Zərifə Xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar təşkil olunan bu tədbirdə Sümük-Vərəm Sanatoriyası, 3 saylı ağıldankəm uşaqlar üçün internat evi, 4 saylı ağıldankəm uşaqlar üçün internat evi olmaqla 200 uşaq iştirak etdi. Tədbirdə balacalara Azərsun Holdinqin istehsalı olan Şokki-Mokki markasının hədiyyələri təqdim edildi. Uşaqların sevincinə səbəb olan tədbirlər digər müəssisəlrdə də davam edəcəkdir..

Sizin Reklam Yeriniz