Əlaqə Arxiv
news Image
2013.04.30
11:05
| A A A
Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Tərtər rayonunun işğal olunmuş Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub. 

Sizin Reklam Yeriniz