Əlaqə Arxiv
news Image
2013.04.30
12:44
| A A A
Türkiyəli qonaq AMEA Hüseyn Cavidin Ev Muzeyində olub

1-4 may 2013-cü il tarixlərində AMEA Humanitar və İctimai Elmlər Bölməsi və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçiriləcək ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda IV beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pamukkale Universitetinin Fen-Edebiyat fakültəsinin Türk dili və Ədəbiyyatı bölümünün professoru Turgut Tok AMEA Hüseyn Cavidin Ev Muzeyində olub.


Mövqe.az-ın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, qonağı salamlayan muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı ona Hüseyn Cavidin Ev Muzeyinin yaranma tarixi, H.Cavidin həyat və yaradıcılığı, Cavidlər ailəsinin keşməkeşli həyatı haqqında ətraflı məlumat verib. O, Hüseyn Cavidin "Cavid hikməti" seçmə aforizmlər kitabını və Ərtoğrol Cavidin musiqilərindən ibarət xüsusi diskini türkiyəli qonağa hədiyyə edib.

Muzeyi ziyarətdən məmnunluğunu bildirən T.Tok öz təəssüratlarını muzeyin xatirə kitabında qeyd edib.

Sizin Reklam Yeriniz