Əlaqə Arxiv
news Image
2013.04.30
17:28
| A A A
Bakıda bu ilin ilk ilan sancma faktı qeydə alınıb

Ötən gün Bakıda bu ilin ilk ilan sancma faktı qeydə alınıb. Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. 


O bildirib ki, hadisə Bakı kəndlərinin birində qeydə alınıb: "28-30 yaşlarında olan kişini gürzə ilanı çalıb. Amma xəstənin vəziyyəti çox ağır olmayıb və edilən müayinələrdən sonra axşam evə buraxılıb. Ona hər ehtimala qarşı zərdab da vurulub. Xəstənin çox şikayəti yox idi və kliniki üzə çıxan əlamətləri çox az idi. Buna görə də zərdabdan istifadə edildikdən sonra vəziyyəti yaxşı olan xəstə axşam saatlarında evə buraxılıb".


Sizin Reklam Yeriniz