Əlaqə Arxiv
news Image
2012.05.04
12:11
| A A A
ABŞ Bin Ladenin sənədlərini nümayiş etdirib

Mövqe.az BBC-yə istinadən xəbər verir ki, ABŞ ordusu bir il əvvəl Usame Bin Ladinin Pakistanda saxlandığı evə  edilən basqın zamanı ələ keçirtdiyi sənədlərdən bəzilərini nümayiş edib.

Sənədlər, ABŞ Hərbi Akademiyasının Terrorla Mübarizə Mərkəzinin internet saytında nümayiş olunub.

Əl Qaidənin lideri Usame Bin Ladinin Pakistanın şimalındakı Abbottabadda gizləndiyi  evə edilən basqın zamanı ələ keçirilən altı min sənəddən 17-si köçürülüb.

"Abbottabaddan Məktublar" adı ilə nümayiş olunan sənədlərdə  Bin Ladenin çoxsayda təcrübəli işçisini itirən Əl Qaidənin gələcəyindən narahatlıq duyduğunu göstərir.

Ələ keçərilən sənədlər arasında, Bin Ladenin təşkilatın digər üzvləri ilə yazışmaları və öz əl yazması ilə gündəliyi də var.

BBC təhlükəsizlik müxbiri Frank Gardner sözlərində, ABŞ-ın Bin Ladini nəzərə alacaq bir güc olmaqdan çox, müvəffəqiyyətsiz bir lider olaraq əks etdirib və uzun müddət Amerikanın təqibindən qaçmağı bacaran Əl-Qaidə liderinin bir çox adam üçün simvolik bir fiqur olmağa davam etdiyini vurğulayıb.


Ziba Yusifova

Movqe.Az


Sizin Reklam Yeriniz